Azərbaycan-İran nəqliyyat marşrutlarının inkişafı: Mustafayev Pezeşkianla görüşüb

İran mediasının məlumatına görə, Azərbaycan və İran quru, hava və dəmir yolu marşrutlarının inkişafını, habelə iki ölkə arasında nəqliyyat və dəhliz əlaqələrinin gücləndirilməsini müzakirə ediblər. İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının prezidenti ilə görüşüb.

Minval · 2026-09-30

İran mediasının məlumatına görə, Azərbaycan və İran quru, hava və dəmir yolu marşrutlarının inkişafını, habelə iki ölkə arasında nəqliyyat və dəhliz əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının prezidenti Məsud Pezeşkianla görüşüb. Tərəflər qeyd ediblər ki, quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün zəmin yaradır.

Görüş iştirakçıları, həmçinin nəqliyyat və dəhliz marşrutlarının inkişafı və mövcud imkanlardan daha səmərəli istifadə edilməsi zərurətini vurğulayıblar. Bir gün əvvəl Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin. …