Oktyabrın 14-də İstanbulda Ermənistan müstəqilliyinin 35 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub. Belə səviyyədə tədbir doqquz ildə ilk dəfə keçirilib və Türkiyə tərəfini ilk dəfə olaraq xarici işlər nazirinin müavini təmsil edib.
Minval · 2026-11-01

Türkiyənin "Agos" nəşrinin məlumatına görə, qəbul Taksim rayonundakı "InterContinental" otelində baş tutub. Tədbirin təşkilatçısı Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Nairi Petrosyan olub. Türkiyəni xarici işlər nazirinin müavini Bərris Ekinci təmsil edib.
Tədbirdə, həmçinin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç, xarici diplomatik nümayəndəliklərin rəhbərləri, Türkiyənin erməni icmasının nümayəndələri, Hrant Dink Fondunun İdarə Heyətinin sədri Rakel Dink, Ümumdünya patriarxı Varfolomey, Türkiyə ermənilərinin patriarxı Saak Maşalyan və erməni protestant…