“The Atlantic” nəşrinin araşdırmasına görə, Ukrayna İlon Maskın şirkətinin qadağasına baxmayaraq, hərbi əməliyyatlar üçün kütləvi şəkildə kommersiya təyinatlı "Starlink"dən istifadə edib. Nəşrin məlumatına görə, cəbhədəki terminalların 1%-dən az hissəsi xüsusi hərbi "Starshield" xidmətinin payına düşür.
Minval · 2026-10-29

Demək olar ki, bütün Ukrayna ordusu adi "Starlink"dən istifadə edir. Minlərlə qurğu guya humanitar məqsədlər üçün Polşa və Almaniya tərəfindən alınsa da, əslində onlar hərbçilər üçün nəzərdə tutulmuşdu. "SpaceX" şirkəti uzun müddət buna göz yumub. Lakin oktyabr ayındakı məhdudiyyətlər ciddi nəticələrə səbəb olub.
Oktyabrın 13-dən etibarən rabitədə yaranan fasilələr hərbi əməliyyatların bir hissəsini iflic edib, PUA-ların uçuşlarını dayandırıb və Qara dənizdə Ukrayna dəniz dronlarının itirilməsinə gətirib çıxarıb. "Starlink" olmasa, müharibə dayanacaq", – deyə yüksək rütbəli amerikalı…