Zelenski və Trampın komandası sülhə doğru yeni addımlar hazırlayır

Ukrayna və ABŞ Rusiya ilə müharibənin başa çatmasını yaxınlaşdırmalı olan yeni diplomatik addımlar hazırlayır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın xüsusi elçiləri Stiven Uitkof və Cared Kuşnerlə telefon danışığından sonra bildirib. "Sülh yalnız güc və əməkdaşlıq sayəsində gəlir..."

Minval · 2026-10-18

Ukrayna və ABŞ Rusiya ilə müharibənin başa çatmasını yaxınlaşdırmalı olan yeni diplomatik addımlar hazırlayır, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın xüsusi elçiləri Stiven Uitkof və Cared Kuşnerlə telefon danışığından sonra bildirib. "Sülh yalnız güc və etimada əsaslanan əməkdaşlıq sayəsində gəlir.

Biz bu iş üçün öz tərəfimizdən hər şeyi edirik və Amerikanın mövqeyinin güclü olması və Rusiyadan başqa hər kəsin dörd ildən artıqdır ki, gözlədiyi sülhü yaxınlaşdırmağa kömək etməsi üçün çalışırıq", – Zelenskinin Telegram-dakı paylaşımında deyilir.

Onun sözlərinə görə, həmsöhbətlər Ukrayna və Amerika nümayəndə heyətlərinin Floridadakı son görüşünün yekunlarını müzakirə ediblər. "Həmçinin diplomatiyada növbəti addımlar hazırlayırıq. Bir an belə səngiməyən Rusiya atəşləri ilə bağlı real vəziyyət və hava hücumundan müdafiə məsələləri barədə tərəfdaşları daim…