ABŞ Rusiya milyardları ilə bağlı yeni plan irəli sürüb

ABŞ Rusiya ilə Ukrayna arasında böyük müharibənin başlanmasından sonra dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını və Vaşinqtonun nəzarət etdiyi struktura verilməsini Avropa ölkələrinə təklif edib. Bu barədə “Financial Times”ın dörd mənbəsi məlumat yayıb.

Minval · 2026-10-16

Belə bir təşəbbüsü amerikalı danışıqlar aparıcıları Stiv Uitkoff və Cared Kuşner oktyabrın 9-da Mayamidə Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya, Aİ və NATO nümayəndələri ilə danışıqlar zamanı irəli sürüblər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi hərtərəfli sülh sazişi çərçivəsində müzakirə olunub. Amerika tərəfi aktivlərin blokdan çıxarılması üçün bir neçə mümkün variant, o cümlədən onların ABŞ-ın nəzarətində olan strukturun idarəçiliyinə verilməsini təklif edib. FT mənbələrinin məlumatına görə, avropalılar bu planı rədd ediblər. Görüşdə iştirak edən…