Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa liderlərini Ukraynaya dəstək verdiklərinə görə "siyasi mazoxistlər" adlandırıb və bəyan edib ki, onun qələbəsi naminə onlar vətəndaşları həyat səviyyəsinin pisləşməsi ilə barışmağa çağırırlar. "Onlar ictimai rəyi hər şeydən, əmək haqqından imtina etmək lazımdır mövqeyində saxlamağa çalışırlar..."
Minval · 2026-10-27
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa liderlərini Ukraynaya dəstək verdiklərinə görə "siyasi mazoxistlər" adlandırıb və bəyan edib ki, onun qələbəsi naminə onlar vətəndaşları həyat səviyyəsinin pisləşməsi ilə barışmağa çağırırlar.
"Onlar ictimai rəyi hər şeydən, əmək haqlarından, iş yerlərindən, tibbi xidmətlərin həcmindən və prinsipcə, Ukraynanın Rusiyaya qalib gəlməsi naminə sosial güzəştlərdən imtina etmək lazımdır mövqeyində saxlamağa çalışırlar", – deyə Lavrov Afrika KİV-lərinin baş redaktorları ilə görüşündə bildirib.
O, nümunə olaraq Almaniya kansleri Fridrix Mertsin sözlərini gətirib; hansı ki, o, Rusiyanın üzərində qələbəni Almaniya, Avropa İttifaqı, NATO, ABŞ və Çinin maraqlarından üstün tutub. "Budur, əgər istəyirsinizsə, belə mazoxistlər, siyasi mazoxistlər. Lakin xalq Avropa ölkələrində onun vəziyyətinin necə pisləşdiyini hiss edir", – deyə nazir əlavə edib. …