Bakının Yasamal rayonunda planlı elektrik enerjisi kəsintiləri olacaq. Bu barədə "Azərişıq" ASC-yə istinadən məlumat verilir.
Minval · 2026-10-01
Bakının Yasamal rayonunda planlı elektrik enerjisi kəsintiləri olacaq. Bu barədə "Azərişıq" ASC-yə istinadən məlumat verilir. Məlumata görə, məhdudiyyətlər təmir işləri müddətində tətbiq olunacaq.
Belə ki, saat 10:00-dan 13:00-dək Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar, Süleyman Dadaşov, Şəfayət Mehdiyev küçələrində və İkinci Alatava yaşayış massivindəki abonentlərin elektrik enerjisi təchizatında fasilələr yaranacaq.
"İşlər başa çatdıqdan sonra bu ərazilərdəki abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar", - deyə "Azərişıq"-dan bildirilib. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin. Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez görünür!