Gəncədə dönərxanalara toyuq əti verən gizli sex bağlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə fəaliyyət göstərən və fərdi yaşayış evində yerləşən qanunsuz toyuq əti emalı sexi aşkar edib. Yoxlama zamanı toyuq ətinin baytarlıq-sanitariya və sanitariya-gigiyena norma və qaydalarına əməl edilmədən sümükdən ayrıldığı və məhsulların təchiz olunduğu müəyyən edilib...

Minval · 2026-10-01

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə fəaliyyət göstərən və fərdi yaşayış evində yerləşən qanunsuz toyuq əti emalı sexi aşkar edib.

Yoxlama zamanı məlum olub ki, toyuq əti baytarlıq-sanitariya və sanitariya-gigiyena norma və qaydalarına əməl edilmədən sümükdən ayrılır, bundan sonra məhsullar dönərxanalara təchiz olunur.

AQTA-nın məlumatına görə, dondurulmuş toyuqlar açıq havada əridilir, ət baytarlıq ekspertizasından keçmir və zəruri markalanma və etiketlər olmadan tədarük olunurdu. Daşınma tələb olunan temperatur rejiminə əməl edilmədən şəxsi avtomobillə həyata keçirilirdi. Laboratoriya müayinələri üçün məhsul nümunələri götürülüb. 840 kq dondurulmuş və 22 kq əridilmiş toyuq əti məsuliyyətli mühafizəyə təhvil verilib. Faktla bağlı inzibati protokol tərtib edilib, məcburi göstərişlər verilib. Qanunsuz sexin fəaliyyəti dayandırılıb. Hadisələrin…