Kreml Rusiya sərhədləri yaxınlığında nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanat yayıb

Rusiya sərhədləri yaxınlığında nüvə silahı yerləşdirən ölkələr bunun onlara təhlükəsizlik gətirəcəyini düşünməkdə dərin yanıılırlar. Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Minval · 2026-10-01

Bundan əvvəl Kremltin rəsmi nümayəndəsi bildirmişdi ki, əgər Litva ərazisində nüvə silahı yerləşdirilsə, bu ölkə Rusiyanın nüvə silahının hədəfində olacaq. Daha sonra Litva Seymi (parlamenti) respublika ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağadan imtina edilməsini təsdiqləyib.

"Özlərini "gəlin, Rusiya sərhədləri yaxınlığında nüvə silahı quraşdıraq və yerləşdirək" fikri ilə sakitləşdirən ölkələr dərin yanıılırlar. NATO burada onlara heç bir təhlükəsizlik gətirməyəcək. Əksinə, bu, eskalasiyaya və gərginliyin artmasına gətirib çıxaracaq alət olacaq", - deyə Peskov vurğulayıb. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının…