"Qəm də, sevinc də birdir": Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Müvafiq paylaşım Türkiyə liderinin X sosial şəbəkəsindəki hesabında dərc olunub.

Minval · 2026-10-18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Müvafiq paylaşım Türkiyə liderinin X sosial şəbəkəsindəki hesabında dərc olunub. "Ölkəm və millətim adından dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ürəkdən təbrik edirəm.

Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə və həm kədərdə, həm də sevincdə hər zaman bir olduğumuz azərbaycanlı türk qardaşlarıma salamlarımı çatdırıram", – deyə nəşrdə bildirilir. Dost ve kardeş Azerbaycan’ın Bağımsızlığın Yeniden Sağlanması Günü’nü ülkem ve milletim adına gönülden tebrik ediyorum.

Azerbaycan Cumhurbaşkanı gardaşım İlham Aliyev’e, tasa ve sevinçte her zaman bir olduğumuz Azerbaycan Türkü kardeşlerime selamlarımı iletiyorum. 🇹🇷🇦🇿 https://t. co/0m0wwV2UE8 — Recep Tayyip Erdoğan (@RTErdogan) October 18, 2026 Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE…