Ağstafada məktəbdə müəllimlər dərslərin bölgüsü üstündə dava ediblər

Ağstafada Əmirxan Hüseynov adına 1 nömrəli orta məktəbdə iki müəllim arasında münaqişə baş verib, nəticəsində onlardan biri xəsarət alıb. 1981-ci il təvəllüdlü ibtidai sinif müəllimi P.

Minval · 2026-10-01

Ağstafada Əmirxan Hüseynov adına 1 nömrəli orta məktəbdə iki müəllim arasında münaqişə baş verib, nəticəsində onlardan biri xəsarət alıb. APA-nın məlumatına görə, 1981-ci il təvəllüdlü ibtidai sinif müəllimi P. Məmmədova dərs saatlarının bölgüsü üstündə həmkarı S. Əhmədova ilə mübahisə edib.

Zərərçəkən iddia edir ki, münaqişə zamanı həmkarı onu döyüb. Qadın Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə müraciət edib. TƏBİB-dən bildirilib ki, onda sağ əlin əzilməsi və sıyrıntısı diaqnozu qoyulub.

Zəruri yardım göstərildikdən sonra pasiyent qənaətbəxş vəziyyətdə evə, ambulator müalicəyə buraxılıb. Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib ki, daxil olan müraciətlər əsasında araşdırma aparılır, müvafiq ekspertiza təyin edilib. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez üzə…