Avstriyanın Salzburq şəhərində Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyinin təşkil etdiyi “Minasız Dünya” internasional kampaniyası çərçivəsində foto sərgisi keçirilib. Ekspozisiya oktyabrın 15-də şəhərin Mərkəzi Vağzalının qarşısındakı meydanda Avstriyadakı Azərbaycan Evinin dəstəyi ilə baş tutub.
Minval · 2026-10-16

Fotoekspozisiya mina probleminin diqqətə çatdırılmasına xidmət edib; bu problem təkcə Ermənistanla keçmiş münaqişənin nəticəsi kimi deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində cəmiyyətin normal həyatı, sosial bərpası və dinc gələcəyin qurulması üçün ən böyük humanitar maneə kimi təqdim olunub.
Ziyarətçilərə Azərbaycanın azad edilmiş ərazilərində mina probleminin nəticələrindən və onun insanların həyatına təsirindən bəhs edən 22 sənədli foto təqdim edilib. Sərgidə vurğulanıb ki, Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməməsi münaqisədən sonrakı…