Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir. Bunu Avrasiya Hökumətlərarası Şurasının iclasında videokonfrans formatında iştirak edən baş nazir Nikol Paşinyan bildirib.
Minval · 2026-10-02

Paşinyan vurğulayıb ki, İrəvan iqtisadi sabitliyin möhkəmləndirilməsinə və regionun dayanıqlı inkişafına yönəlmiş Aİİ çərçivəsində əməkdaşlığa sadiqliyini dəfələrlə təsdiqləyib. Bununla yanaşı, Ermənistanın baş nazir ümumi bazarın fəaliyyətində hələ də qalan problemlərə diqqət çəkib.
Onun sözlərinə görə, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti Aİİ-nin əsas prinsiplərindən biridir, lakin onun tammiqyaslı həyata keçirilməsi hələ də əlavə səylər tələb edir. Paşinyan bildirib ki, Hökumətlərarası Şuranın Çolpon-Atadakı əvvəlki iclasından sonra bir sıra məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə etmək mümkün olmayıb. O, daha…