Albaniya hakimiyyətinin ölkədəki qeyri-sabit vəziyyətə Xarici təsirin, xüsusilə də kütləvi etiraz aksiyalarına Rusiya və İranın müdaxiləsinin sübutlarına malik olduğunu ölkənin baş naziri Edi Rama bildirib. «Bizim xarici müdaxilə ilə bağlı çoxlu sübutlarımız var… Maskalar arxasında Albaniyaya pislik arzulayan, Albaniyanı yalnız özü üçün əldə etmək istəyənlərin hamısı gizlənir…»
Minval · 2026-10-18
Albaniya hakimiyyətinin ölkədəki qeyri-sabit vəziyyətə xarici təsirin, xüsusilə də kütləvi etiraz aksiyalarına Rusiya və İranın müdaxiləsinin sübutlarına malik olduğunu ölkənin baş naziri Edi Rama bildirib.
«Bizim xarici müdaxilə ilə bağlı çoxlu sübutlarımız var… Maskalar arxasında Albaniyaya pislik arzulayan, Albaniyanı yalnız özü üçün əldə etmək istəyənlərin hamısı gizlənir», – deyə Rama bildirib. Baş nazirin sözlərinə görə, hakimiyyət sosial şəbəkələrdəki fəallığı və dezinformasiyanın yayılmasını araşdırır.
«Xarici qüvvələrin sosial şəbəkələrə müdaxiləsi barədə çoxlu məlumatımız var. Bunun arxasında duranlar arasında İran da var», – deyə hökumət başçısı qeyd edib. Rusiyanın daxili vəziyyətə təsirindən danışan Rama Albaniyadakı etirazları dəstəkləyən Kreml ideoloqu Aleksandr Duqinin nəşrini xatırladıb. Rama həmçinin hökumət binasına pilotsuz uçuş aparatının hücum etməyə cəhd…