Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin məlumatına görə, Rusiya PUA-sı Kiyevdə VVR-M tədqiqat reaktorunun yerləşdiyi Nüvə Tədqiqatları İnstitutunun ərazisinə hücum edib. Qurumun məlumatına görə, zərbə sentyabrın 30-da baş verib.
Minval · 2026-10-01
Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin məlumatına görə, Rusiya PUA-sı Kiyevdə VVR-M tədqiqat reaktorunun yerləşdiyi Nüvə Tədqiqatları İnstitutunun ərazisinə hücum edib. Qurumun məlumatına görə, zərbə sentyabrın 30-da baş verib. Baş verən yanğın operativ şəkildə söndürülüb, xəsarət alan yoxdur.
Reaktor və təhlükəsizlik sistemlərinə ziyan dəyməyib, radiasiya fonunda dəyişiklik qeydə alınmayıb. 2022-ci ilin fevral ayından etibarən reaktor aktiv zonası tamamilə boşaldılmış vəziyyətdə dayandırılıb. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin.
Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez görünür!