Tramp Özbəkistana səfər etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək niyyətindədir. Bu barədə ABŞ prezidentinin qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib.

Minval · 2026-10-05

ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək niyyətindədir. Bu barədə ABŞ prezidentinin qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib. “Mən bilirəm ki, o, Özbəkistana gəlmək istəyir.

Prezidentin son dərəcə sıx qrafiki var, lakin o, mənə Özbəkistana səfər etmək niyyətində olduğunu söyləyib. Özüm də bu məsələni daim irəli çəkirəm. Ümid edirik ki, bu səfər mümkün qədər tez baş tutacaq”, – deyə Zampolli bildirib. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı hələ müəyyən edilməyib.

Xüsusi nümayəndə Vaşinqtonla Daşkənd arasında münasibətlərin inkişaf etdiyini qeyd edib və Amerika liderinin tezliklə səfər edəcəyinə ümidvar olduğunu bildirib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha əvvəl Trampı respublikaya səfərə dəfələrlə dəvət edib. Fevral ayında Mirziyoyev Trampın dəvəti ilə Vaşinqtona səfər edib və burada Sülh…