Azərbaycan dili Bişkek məktəblərində tədris olunacaq

Azərbaycanın Qırğızıstandakı səfirliyinin məlumatına görə, Azərbaycan və Qırğızıstan arasında müəllim mübadiləsi haqqında saziş çərçivəsində Bişkekin iki ümumtəhsil məktəbində Azərbaycan dilinin tədrisinə başlanılacaq. Dərsləri qarşılıqlı mübadilə razılaşmaları çərçivəsində Qırğızıstana gələn pedaqoq Ülkər Verdiyeva aparacaq.

Minval · 2026-09-30

Azərbaycanın Qırğızıstandakı səfirliyinin məlumatına görə, Azərbaycan və Qırğızıstan arasında müəllim mübadiləsi haqqında saziş çərçivəsində Bişkekin iki ümumtəhsil məktəbində Azərbaycan dilinin tədrisinə başlanılacaq.

Dərsləri qarşılıqlı mübadilə razılaşmaları çərçivəsində Qırğızıstana gələn pedaqoq Ülkər Verdiyeva aparacaq. Öz növbəsində, Qırğızıstandan olan müəllim Azərbaycana gedərək orada qırğız dili və ədəbiyyatını tədris edəcək.

Azərbaycanlı pedaqoqun təqdimatı Qırğızıstanın maarif naziri Doqdurkul Kendirbayeva ilə Azərbaycanın Bişkekdəki səfiri Lətif Qəndilovun görüşü zamanı baş tutub. Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə tikilmiş iki məktəb fəaliyyət göstərir – Nizami Gəncəvi adına 103 nömrəli məktəb və Heydər Əliyev adına 20 nömrəli məktəb. Hər iki məktəb 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekə səfəri zamanı Qırğızıstan Prezidenti Sadır Japarovun…