Bu gün, oktyabrın 26-da Tbilisi 10 nömrəli orta məktəbin şagirdləri və valideynləri aksiya keçiriblər. Onlar Sota Dadiani küçəsini bağlamışdılar.
Netgazeti · 2026-10-26
Bu gün, oktyabrın 26-da Tbilisi 10 nömrəli orta məktəbin şagirdləri və valideynləri aksiya keçiriblər. Onlar Sota Dadiani küçəsini bağlamışdılar. Onlar tikintisinə başlanmış məktəbin yeni binasının vaxtında başa çatdırılmasını tələb edirlər. 10 nömrəli məktəb bir neçə il əvvəl uçub.
Bu müddət ərzində 10 nömrəli məktəbin şagirdləri müvəqqəti olaraq müxtəlif məktəblərin binalarında, bəzən isə məsafədən təhsil alırdılar. Bugünkü aksiyaya infrastruktur naziri Rezi Soxadze gəlmişdi. Onun "Netgazeti"yə bildirdiyinə görə, 10 nömrəli orta məktəbdə tədris 2027-ci ilin sentyabrından bərpa olunacaq.
Bu, Tbilisi 10 nömrəli orta məktəbin şagirdləri və valideynlərinin yeni məktəbin tikilməsi tələbi ilə aksiya keçirdikləri ilk hal deyil. Onlar ötən il də oxşar tələblə aksiyalar keçirirdilər. 25 ildir ki, səni narahat edən və hökumətin səndən gizlətdiyi məsələlər haqqında yazırıq, lakin bu gün…