Almaniyanın kansleri Fridrix Merts Kiyevə gəlib

Almaniyanın kansleri Fridrix Merts Kiyevə gəlib. Onunla birlikdə səfərdə Almaniyanın müdafiə şirkətlərinin icraçı direktorları iştirak edirlər.

Netgazeti · 2026-10-04

Almaniyanın kansleri Fridrix Merts Kiyevə gəlib. Onunla birlikdə səfərdə Almaniyanın müdafiə şirkətlərinin icraçı direktorları iştirak edirlər. gözlənilir ki, Merts Ukraynanın paytaxtına səfəri zamanı hərbi yardım qismində 1 milyard avro və enerji sisteminin bərpası üçün 350 milyon avro ayıracaq.

Həmçinin iki ölkə arasında dronların birgə istehsalı haqqında sazişin yekun rəsmiləşdirilməsi gözlənilir. "Ukrayna həlledici həftələrlə üz-üzədir. Məhz buna görə də mən bu gün Kiyevə belə bir mesajla yola düşdüm: bizim ümidimizə arxalana bilərsiniz.

Almaniyanın təhlükəsizliyi də bu müharibənin nəticəsindən asılıdır", - deyə Merts X-də dərc olunmuş paylaşımında bildirib. Səfər Rusiya son günlər Kiyev ətrafındakı mühüm infrastruktura, o cümlədən iki iri körpüyə intensiv zərbələr endirdiyi fonda baş tutur. Biz heç bir siyasi qüvvəyə və biznes qrupuna məxsus deyilik. Biz cəmiyyətə məxsusuq.