Tramp: İran nüvə silahı hazırlamaqdan imtina etməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp vasitəçilər vasitəsilə İranla yeni təmasların olduğunu bildirib. Ağ Evdə jurnalistlərin Amerika tərəfinin həmin gün İranla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualını cavablandıran Tramp: "Bəli, onlar bunu etdilər", - deyib.

Minval · 2026-09-28

ABŞ prezidenti təmasların vasitəçilər vasitəsilə həyata keçirilib-keçirilmədiyi ilə bağlı dəqiqləşdirici suala da müsbət cavab verib. Tramp məsləhətləşmələrin nəticələrini qiymətləndirməyib. Bununla yanaşı, Amerika lideri İranın heç vaxt nüvə silahı hazırlamayacağını rəsmən bəyan etməyə hazır olduğunu bildirib.

"Onların heç vaxt nüvə silahı olmayacaq və onlar bunu anlayırlar. Və onlar bunu bəyan etməyə hazırdırlar", - deyə Tramp bildirib. O, həmçinin İran rəhbərliyinin "dəli insanlar" olduğunu qeyd edib. "Onlar dəlidirlər. Bunda heç bir şübhə yoxdur. Bunlar çox dəli insanlardır. Mən onlara daim bunu deyirəm. Mən deyirəm: "Siz dəlisiniz,…