Zelenski: Ruslar Ukrayna energetikasına ən güclü zərbələrdən birini endirdilər

Rusiya Ukraynada elektrik enerjisi istehsalı və ötürülməsinin 15-dən çox mühüm obyektinə hücum edib. Ən mürəkkəb vəziyyət bir sıra şəhərlərdə, xüsusilə Lutsk, Rovno və Jitomirdə qeydə alınıb.

Minval · 2026-10-17

Rusiya Ukraynada elektrik enerjisi istehsalı və ötürülməsinin 15-dən çox mühüm obyektinə hücum edib. Ən mürəkkəb vəziyyət bir sıra şəhərlərdə, xüsusilə Lutsk, Rovno və Jitomirdө qeydə alınıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.

"Əvvəlki gün ruslar Ukrayna energetikasına ən güclü zərbələrdən birini endirdilər: Ukraynanın müxtəlif bölgələrində elektrik enerjisi istehsalı və ötürülməsinin 15-dən çox mühüm obyektinə hücum edildi. Bərpa işləri davam edir", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, ən çətin vəziyyət Lutsk, Rovno, Jitomir, Vinnitsa, Şepetovka, Slavuta və Netişindədir. Zərbələr həmçinin Xarkov, Kiyev, Dnepropetrovsk və digər vilayətlərin energetika obyektlərinə də endirilib. "Ruslar antienergetika əməliyyatlarının miqyasını genişləndiriblər və ehtiyatlarımızı və bərpa potensialımızı maksimum dərəcədə səpələməyə…