Serbiyada İctimai Televiziyanın aparıcısı tamaşaçılardan üzr istəyib

Parlament seçkilərində Aleksandar Vuçiçin məğlubiyyətindən sonra Serbiyanın Voyvodina Radiosu və Televiziyasının (RTV) aparıcısı tamaşaçılardan üzr istəyib və ictimai yayımçının uzun illərdir öz funksiyasını yerinə yetirmədiyini bildirib. RTV Serbiyada ictimai yayım təşkilatıdır.

Netgazeti · 2026-10-26

RTV telekanalının aparıcısı tamaşaçılardan həm də parlament seçkilərindən sonra "tələbə siyahısı"nın qələbəsini əks etdirən kadrların nümayiş etdirilməməsinə görə üzr istəyib. "İctimai yayımçı uzun illər öz funksiyasını yerinə yetirmirdi.

O, susurdu, göz yumur və hadisələri birtərəfli işıqlandırırdı, materialları tənqidi təhlil olmadan dərc edirdi, düzgün suallar vermirdi və ya ümumiyyətlə sual vermirdi. Buna görə tamaşaçılardan üzr istəməliyik", - deyə RTV-nin aparıcısı bildirib. Onun sözlərinə görə, RTV əməkdaşlarının bir hissəsi bu şirkətin jurnalist və redaktorlarının sərbəst şəkildə və etik prinsiplərə…