Məkkə ittifaqı: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Ər-Riyadda toplaşacaq

Oktyabrın 5-də Ər-Riyadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi Məsələlər və Müdafiə Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Minval · 2026-10-05

İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu iştirak edəcəklər. Həmçinin görüşdə Pakistan və Səudiyyə Ərəbistanının nümayəndələri də iştirak edəcəklər.

İştirakçılar bölgədəki son hadisələri və müdafiə ittifaqının institutsional əsaslarının yaradılması istiqamətində görülən işlərin gedişatını müzakirə edəcəklər. Fidan Anqaranın Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini təqdim edəcək və husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına dəstəyini bir daha təsdiqləyəcək. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər…