Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında baş vermiş kütləvi zəhərlənməni araşdırır. AQTA-dan verilən məlumata görə, ilkin məlumatlara əsasən, şadlıq sarayı icarəyə götürülüb və toy mərasimi üçün məhsullar toy təşkilatçıları tərəfindən hazırlanıb...
Minval · 2026-10-01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında baş vermiş kütləvi zəhərlənməni araşdırır.
AQTA-dan verilən məlumata görə, ilkin məlumatlara əsasən, şadlıq sarayı icarəyə götürülüb və toy mərasimi üçün ərzaq məhsulları toy təşkilatçıları tərəfindən hazırlanıb və qonaqlara təqdim edilib. Agentlik hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görür.
AQTA-dan qeyd olunub ki, toy, nişan və digər kütləvi tədbirlər üçün ev şəraitində ərzaq məhsullarının hazırlanması və saxlanılması zamanı temperatura rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə əməl olunmaması qida zəhərlənmələri riskini artırır. Qeyd edək ki, 91 nəfər zəhərlənib. Hadisənin inkişafını Teleqram kanalımızda izləyin Minval-LIVE Teleqram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez…