AKP-nin "müttəfiqindən" Türkiyənin Cümhuriyyət Bayramına Fələstin "hədiyyəsi"

Uzun illərdir ki, məhz Türkiyə Fələstinin ən ardıcıl müdafiəçilərindən biri olaraq qalır, bunun üçün İsrail və onun qərbli havadarları ilə açıq münaqisəyə girməkdən çəkinmir. Rəcəb Tayyib Ərdoğan hər bir beynəlxalq tribunanı fələstinlilərin hüquqlarını xatırlatmaq üçün platformaya çevirib.

Minval · 2026-10-29

Ankara humanitar yardım göndərir, Fələstin dövlətçiliyinin tanınmasında təkid edir və bunun üçün diplomatik xərclər ödəməyə hazırdır. Belə görünə bilər ki, Ramallahda bu cür həmrəyliyin qiymətini anlamalıdırlar. Lakin məlum olur ki, Fələstin rəhbərliyinin minnətdarlıq anlayışı özünəməxsus və kifayət qədər çevikdir.

Mahmud Abbas Kiprə rəsmi səfərə gedib. Özü də tarix çox əlamətdar seçilib — oktyabrın 29-u, Türkiyənin Cümhuriyyət Bayramı. Ən fəal müdafiəçisinin əsas milli bayramlarından birində Fələstin lideri Ankaranın onilliklərdir kəskin ziddiyyətlər saxladığı Kiprin yunan hissəsinin rəhbərliyi ilə…