Azərbaycanın Şamaxı rayonunun Dağ Göylər kəndinin sakinləri öz vəsaitləri hesabına selə qarşı dayanıqlı möhkəm daş yol çəkirlər. Kənd sakinlərinin bu təşəbbüsü hətta xaricdə yaşayan soydaş sahibkarların da ürəyincə olub və onlar da bu xeyirxah işə öz töhfələrini vermək — yolun çəkilişini maliyyələşdirmək qərarına gəliblər…
Minval · 2026-10-02
Azərbaycanın Şamaxı rayonunun Dağ Göylər kəndinin sakinləri öz vəsaitləri hesabına selə qarşı dayanıqlı möhkəm daş yol çəkirlər.
Kənd sakinlərinin bu təşəbbüsü hətta xaricdə yaşayan soydaş sahibkarların da ürəyincə olub və onlar da bu xeyirxah işə öz töhfələrini vermək — yolun çəkilişini maliyyələşdirmək qərarına gəliblər. Ötən il sakinlər bu üsulla təxminən 10 kilometr yolu asfaltlaşdıra biliblər.
Bu barədə “Minval”a açıqlamasında Dağ Göylər bələdiyyəsinin sədri Çingiz Kərimov məlumat verib. Onun sözlərinə görə, təşəbbüs artıq daimi xarakter alıb. Əvvəlcə sakinlər yas mərasimlərinin keçirilməsi üçün qarşılıqlı yardım fonduna vəsait yığmağa başlayıblar. Bundan əlavə, kəndlilər dəfn olunandan sonra 40 gün və il mərasimlərini təmtəraqlı keçirməmək qərarına gəliblər. Müntəzəm sellər kənd yollarını yuyub dağıtdıqdan sonra yas fondunun qalan hissəsini yolların bərpasına yönəltmək qərara…