ABC News xəbər verir ki, Pentaqonun geniş kadrlar məlumat bazasının sındırılması nəticəsində 3 milyondan çox əməkdaş barədə məxfi məlumatlar hakerlərin əlinə keçib. Telekanalın hərbi idarədəki həmsöhbətinin sözlərinə görə, sızma hazırda yaşayan 2,76 milyon nəfərə və daha 294 min insana təsir edib.
Minval · 2026-09-29
ABC News xəbər verir ki, Pentaqonun geniş kadrlar məlumat bazasının sındırılması nəticəsində 3 milyondan çox əməkdaş barədə məxfi məlumatlar hakerlərin əlinə keçib. Telekanalın hərbi idarədəki həmsöhbətinin sözlərinə görə, sızma hazırda yaşayan 2,76 milyon nəfərə və artıq həyatda olmayan daha 294 min insana təsir edib.
Hakerlərin əlinə keçən məlumatlar arasında sosial sığorta nömrələri və tutduğu vəzifələr haqqında məlumatlar da var.
"2025-ci ilin oktyabrından 2026-cı ilin iyuluna qədər Müdafiə Nazirliyinin Kadr Resursları İdarəetmə Mərkəzinin (Defense Manpower Data Center, DMDC) informasiya sistemində az sayda icazəsiz istifadəçi tərəfindən fərdi məlumatlara icazəsiz giriş baş verib. Zəiflik aşkar edildikdən sonra DMDC dərhal onu aradan qaldırıb", - deyə idarənin nümayəndəsi bildirib. Qeyd olunur ki, idarənin sərəncamında əməkdaşların 60 milyondan çox şəxsi işi var. Hadisələrin…