ABŞ və Səudiyyə Ərəbistanı Bab-əl-Məndəb boğazının təhlükəsizliyini müzakirə ediblər

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Hörmüz və Bab-əl-Məndəb boğazlarında gəmiçilik təhlükəsizliyini, habelə Yəməndəki vəziyyəti müzakirə ediblər. Bu barədə Səudiyyə XİN məlumat yayıb.

Minval · 2026-09-28

Nazirliyin X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir: "Tərəflər beynəlxalq dəniz dəhlizlərində, xüsusilə Hörmüz və Bab-əl-Məndəb boğazlarında naviqasiya təhlükəsizliyinin və gəmiçilik azadlığının təmin edilməsinin vacibliyinə toxunublar".

Xarici siyasət idarələrinin rəhbərləri, həmçinin Ər-Riyad və Vaşinqton arasında münasibətlərin vəziyyətini və onların möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər. Görüşdə regional və beynəlxalq səviyyədə baş verən son hadisələrə, o cümlədən Yəməndəki münaqişəyə və onun nizamlanması istiqamətindəki səylərə xüsusi diqqət yetirilib. Hadisələrin inkişafını Telegram…