Mask qalmaqallı ayrılıqdan sonra Trampın komandasına qayıdır

"SpaceX" şirkətinin baş direktoru İlon Mask, "Anduril"in təsisçisi Palmer Laki və Nümayəndələr Palatasının keçmiş spiker Nyut Ginqriç Pentaqonun gələcək müharibə üsullarının öyrənilməsinə cavabdeh olan "Meridian Layihəsi" adlı yeni strukturunun rəhbərliyinə daxil olacaqlar. Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bəyan edib.

Minval · 2026-10-01

"SpaceX" şirkətinin baş direktoru İlon Mask, "Anduril"in təsisçisi Palmer Laki və Nümayəndələr Palatasının keçmiş spiker Nyut Ginqriç Pentaqonun gələcək müharibə üsullarının öyrənilməsinə cavabdeh olan "Meridian Layihəsi" adlı yeni strukturunun rəhbərliyinə daxil olacaqlar.

Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bəyan edib. Layihə gələcək müharibə üsullarının öyrənilməsi, həmçinin ABŞ-a 2030, 2050 və 2100-cü illərdə lazım ola biləcək silah və sistemlərin işlənib hazırlanması ilə məşğul olacaq.

"Axios" qeyd edir ki, bu, İlon Maskın ABŞ Prezidenti Donald Trampla aralarında yaranmış mübahisədən və sahibkarın mayın sonunda Federal Hökumətin İşinin Səmərəliliyinin Artırılması Departamentini (DOGE) tərk etməsindən sonra ABŞ administrasiyasındakı ilk təyinatıdır. Hadisələrin inkişafını Teleqram kanalımızda izləyin "Minval-LIVE" Teleqram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada…