Qaraciyər xərçənginin müalicəsi üçün preparat hər iki sınaq mərhələsini uğurla keçib

İlkin və metastatik qaraciyər xərçənginin müalicəsi üçün hazırlanmış Rusiya istehsalı olan "Hepatoren-MRNTs" preparatı klinik tədqiqatların birinci və ikinci fazalarını uğurla başa vurub. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin bildirib, Rusiya KİV-ləri məlumat yayıb.

Minval · 2026-10-17

Onun sözlərinə görə, preparatın dünyada analoqu yoxdur və o, reniy-188 (188Re) radioaktiv izotopu ilə işarələnmiş albumin sferalarına əsaslanır. "Biz dünyada analoqu olmayan innovativ "Hepatoren-MRNTs" preparatının klinik tədqiqatlarının I və II fazalarını başa çatdırdıq.

O, 188Re ilə işarələnmiş albumin sferalarına əsaslanır və ilkin və metastatik qaraciyər xərçəngi olan xəstələrin müalicəsi üçün nəzərdə tutulub", - deyə Kaprin bildirib. İşlənmələr Rusiya nüvə təbabətinin imkanlarının genişləndirilməsi fonunda aparılır. Onkoloqun qeyd etdiyi kimi, 2021-ci ildə Rusiya Səhiyyə Nazirliyinin Milli…