ABŞ prezidenti Donald Trampın administrasiyası yanacaq qiymətlərinin artması fonunda Strateji Neft Ehtiyatından (SPR) bazara əlavə 40 milyon barelə qədər neft çıxarmağı təklif edib. Bu barədə Bloomberg ABŞ Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Minval · 2026-09-29

Təklif olunan həcm ehtiyatdan 172 milyon barel neftin təcili şəkildə çıxarılması proqramının son hissəsi olacaq. Qərar ABŞ və İran arasında münaqişənin başlamasından sonra enerji daşıyıcılarının qiymətlərinin artmasının qarşısını almaq üçün qəbul edilib. Neftin alınması üçün müraciətlər oktyabrın 6-dək qəbul edilir.
Bir gün əvvəl Tramp yüksək qiymətlərlə mübarizə tədbiri kimi ABŞ-dan dizel yanacağının ixracına qadağa qoyulması məsələsini hələ də "çox ciddi" şəkildə nəzərdən keçirdiyini bildirib. Amerika lideri qeyd edib: "Bu, avtomobillər üçün benzinin qiymətinin bir qədər artmasına səbəb ola bilər, ona görə də biz bu məsələni çox ciddi…