Ərdoğan Qəzza sakinlərinin ölümündə günahkar olanların cavab verməsini tələb edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 74 min fələstinlinin ölümündə günahkar olanlar qanun qarşısında cavab verməyənə qədər Ankara Qəzza ilə bağlı mövqeyini dəyişməyəcək. "İnsanlığa qarşı cinayət törədənlər, Qəzzadan olan 74 min qardaş və bacımızın qanını tökənlər..."

Minval · 2026-09-28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 74 min fələstinlinin ölümündə günahkar olanlar qanun qarşısında cavab verməyənə qədər Ankara Qəzza ilə bağlı mövqeyini dəyişməyəcək.

"İnsanlığa qarşı cinayət törədənlər, Qəzzadan olan 74 min qardaş və bacımızın qanını tökənlər və Livandan Suriyaya qədər bütün regiona terror yayanlar qanun qarşısında cavab verməyənə qədər biz mövqeyimizdən heç vaxt geri çəkilməyəcəyik", - deyə Ərdoğan Nazirlər Kabinetindəki çıxışı zamanı bildirib.

O əlavə edib ki, Türkiyə "cəsarətlə həqiqəti söyləməyə" və öz mövqeyini müdafiə etməyə davam edəcək. Ərdoğan həmçinin qeyd edib ki, Nyu-Yorka səfəri və BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Türkiyə Qəzza mövzusunu yenidən beynəlxalq müstəviyə çıxarıb. Onun sözlərinə görə, Ankara fələstinlilərin hüquqlarını müdafiə etməyə və regionda baş verənlərə qarşı çıxış etməyə davam edəcək. …