Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında enerji atəşkəsi və dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmalardan sonra özünü "xəyanətə uğramış" hiss etdiyini bildirib. Zelenski Pirs Morqana müsahibəsində "Təəssüf ki, güclü tərəfdaşımızı itiririk", - deyə bildirib.
Minval · 2026-10-16
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında enerji atəşkəsi və dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmalardan sonra özünü "xəyanətə uğramış" hiss etdiyini bildirib.
"Təəssüf ki, güclü tərəfdaşımızı itiririk", - deyə Zelenski Pirs Morqana müsahibəsində bildirib. Ukrayna lideri vurğulayıb ki, Kiyev razılaşmalar naminə suverenliyini qurban vermək niyyətində deyil. "Biz ölkəmizi satmarıq. Bizim üçün bu, biznes deyil, həyatımızdır", - deyə Ukrayna prezidenti bəyan edib.
O, həmçinin Trampın mövqeyini tənqid edərək vurğulayıb ki, ABŞ prezidenti Rusiyanın tərəfini tutmamalı, neytrallığı qorumalıdır. Hadisələrin inkişafını Teleqram kanalımızda izləyin Minval-LIVE Teleqram kanalının abunəçilərinə qoşulun – xəbərlər orada hamıdan tez üzə çıxır!