İran Yaxın Şərq ölkələrinə döyüş əməliyyatları bərpa olunacağı təqdirdə ABŞ-ni dəstəkləməkdən imtina etmək tələbi ilə ultimatum ötürüb. Bu barədə “RİA Novosti” agentliyi İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Feda-Hüseyn Malekiyə istinadən məlumat yayıb.
Minval · 2026-10-23
İran Yaxın Şərq ölkələrinə döyüş əmliyatları bərpa olunacağı təqdirdə ABŞ-ni dəstəkləməkdən imtina etmək tələbi ilə ultimatum ötürüb. Bu barədə “RİA Novosti” agentliyi İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Feda-Hüseyn Malekiyə istinadən məlumat yayıb.
“Regional ölkələrə ABŞ-yə hər cür dəstəkdən imtina etmələri barədə ultimatum verilib. 40 günlük müharibə (fevralın 28-də başlayan ABŞ və İsrail əməliyyatı) zamanı biz ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi hər hansı ölkənin ərazisindəki bazalara zərbələr endirmişik”, - deyə cənab Maleki bildirib.
Parlamentari vurğulayıb ki, gərginlik artacağı təqdirdə Tehranın hərəkətləri konkret hərbi obyektlərə hücumlar çərçivəsindən kənara çıxa bilər. O əlavə edib ki, İran Vaşinqtona yardım göstərən ölkələri düşmən hesab edəcək. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram…