"Batumelebi/Netgazeti"nin təsisçisi və direktoru Mzia Amaxlebeli həbs edilib. 2001-ci ildə Mzia Amaxlebeli tərəfindən təsis edilmiş müstəqil və təsirlərdən azad media qurumu olan "Batumelebi/Netgazeti" hesab edir ki, o, Rusiya rejiminin vicdan məhbusudur, bununla barışmaq niyyətində deyil, onun dərhal azadlığa buraxılmasını tələb edir və söz azadlığı uğrunda mübarizəni davam etdirir...
Netgazeti · 2026-10-01
"Batumelebi/Netgazeti"nin təsisçisi və direktoru Mzia Amaxlebeli həbs edilib.
2001-ci ildə Mzia Amaxlebeli tərəfindən təsis edilmiş müstəqil və təsirlərdən azad media qurumu olan "Batumelebi/Netgazeti" hesab edir ki, o, Rusiya rejiminin vicdan məhbusudur, bununla barışmaq niyyətində deyil, onun dərhal azadlığa buraxılmasını tələb edir və söz azadlığı uğrunda mübarizəni davam etdirir.
Şəxsi Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin müavini, korrupsiya cinayətində təqsirləndirilən və mayın 22-dən həbsdə olan Levan Axobadze məhkəmə zalından 500 000 lari girov müqabilində sərbəst buraxılıb. Levan Axobadze xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Həbs qətimkan tədbirinin [hökm çıxarılana qədər həbs növünün] girovla əvəz edilməsi haqqında qərarı bu gün, oktyabrın 1-də hakim Nino Taraşvili qəbul edib. İstintaqın məlumatına görə, Levan Axobadze 2024-cü ildə…