ABŞ İranla İraq arasında ziyarət reyslərinə icazə verə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiya İrana qarşı sanksiyaların qismən yumşaldılması imkanını nəzərdən keçirir ki, islam respublikası ilə İraqın Nəcəf şəhəri arasında ziyarət aviareyslərinə icazə verilsin, bu barədə “Reuters” məlumat yayıb. ABŞ Maliyyə Nazirliyi İraqın “Iraqi Airways” aviaşirkətinə Nəcəf və İran arasında reysləri bir ay ərzində həyata keçirməyə icazə vermək üçün məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldıra bilər…

Minval · 2026-09-28

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı sanksiyaların qismən yumşaldılması imkanını nəzərdən keçirir ki, islam respublikası ilə İraqın Nəcəf şəhəri arasında ziyarət aviareyslərinə icazə verilsin, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyi İraqın “Iraqi Airways” aviaşirkətinə Nəcəf və İran arasında reysləri bir ay ərzində, bu müddətin uzadılması imkanı ilə həyata keçirməyə icazə vermək üçün məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldıra bilər.

Agentliyin qeyd etdiyi kimi, söhbət şiə zəvvarların daşınmasını təmin etməyə imkan verəcək sanksiya rejiminin məhdud şəkildə yumşaldılmasından gedir. Bu arada, “Al Hadath” telekanalı bildirib ki, İraq hakimiyyəti İranla aviaəlaqənin qismən bərpası ilə bağlı ABŞ administrasiyası ilə danışıqlar aparır. Telekompaniyyə mənbələrinin məlumatına görə, Bağdad kompromis kimi İrandan gələn bütün reyslərin yalnız Nəcəf…