Pakistan Əfqanıstanın şərq və cənubuna zərbələr endirib, nəticədə doqquz nəfər həlak olub. Bu barədə Əfqanıstanın ali liderinin mətbuat katibi Zəbiullah Mücahid X sosial şəbəkəsində məlumat yayıb.
Minval · 2026-10-01
Pakistan Əfqanıstanın şərq və cənubuna zərbələr endirib, nəticədə doqquz nəfər həlak olub. Bu barədə Əfqanıstanın ali liderinin mətbuat katibi Zəbiullah Mücahid X sosial şəbəkəsində məlumat yayıb.
Mücahid bildirib ki, Kunar vilayətinin Çuqam və Hilmənd vilayətinin Səfər yaşayış məntəqələrindəki yaşayış evləri atəşə məruz qalıb. Zərbə nəticəsində aralarında qadın və uşaqların da olduğu dinc sakinlər həyatını itirib. Daha on bir nəfər yaralanıb.
Mətbuat katibi Pakistanın bu zərbəsini qəbul olunmuş prinsiplərin pozulması adlandırıb. Hadisələrin inkişafını Teleqram kanalımızda izləyin Minval-LIVE Teleqram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez peyda olur!