Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Oktyabrın 29-da Ermənistan Milli Məclisində hakim "Vətəndaş sazişi" partiyasının və müxalif "Güclü Ermənistan" qüvvəsinin deputatları arasında fiziki qarşıdurma baş verib. İnsidentdən sonra hakim partiyanın fraksiyası qapalı iclas çağırıb.

Netgazeti · 2026-10-29

Yerli medianın məlumatına görə, qarşıdurma parlamentdə şifahi mübahisə ilə başlayıb və hakim partiyanın deputatı Taron Çaxoyanın çıxışı zamanı daha da gərginləşib. Vəziyyət fiziki davaya çevrilib. Yayılan məlumata görə, parlamentin vitse-spikeri Vahagn Aleksanyan müxalifətçilərin istiqamətinə stul tullayıb. "news.

am" saytının yazdığına görə, qarşıdurma zamanı müxalifətçi deputat Andranik Gevorkyanın burnu qanayıb, Ruben Mxitaryanın isə paltarı cirilib. Parlamentə təcili tibbi yardım maşını da gəlib. Nəşrin məlumatına görə, deputatların qarşıdurması dəhlizdə davam edib. 25 ildir ki, səni narahat edən və hökumətin səndən gizlətdiyi şeylər haqqında…