“Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və baş nazirin müavini Mher Qriqoryanla görüşüb, bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb. Tərəflər Ermənistan AİN-in istismar müddətinin 2036-cı ilə qədər təkrar uzadılmasını müzakirə ediblər.
Minval · 2026-09-29
“Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və baş nazirin müavini Mher Qriqoryanla görüşüb, bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan AİN-in istismar müddətinin 2036-cı ilə qədər təkrar uzadılmasını müzakirə ediblər. Lixaçov həmsöhbətlərinə layihənin birinci mərhuşünün başa çatdığı barədə məlumat verib; nəticələrə əsasən, AİN enerji blokunun işini davam etdirmək üçün icazə alıb.
Məlumatda qeyd olunduğu kimi, Ermənistanda yeni atom generasiyasının yaradılması perspektivlərinə xüsusi diqqət yetirilib. “Rosatom Ermənistana böyük, orta və kiçik gücə malik enerji blokları daxil olmaqla, müxtəlif güc diapazonlarında sınanmış atom texnologiyalarını təklif edir”, – deyə dövlət korporasiyasının məlumatında bildirilir. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE…