NATO-nun baş katibi Mark Rutte və Almaniya kansleri Fridrix Merts “sülhün qorunub saxlanılması”na verdikleri töhfəyə görə mükafatlandırma mərasimində fitə basılıblar. Almaniyanın Münster şəhərində NATO-nun Beynəlxalq Vestfaliya Sülh Mükafatının təqdimetmə mərasimi etirazlar fonunda keçirilib.
Minval · 2026-10-02
NATO-nun baş katibi Mark Rutte və Almaniya kansleri Fridrix Merts “sülhün qorunub saxlanılması”na verdikləri töhfəyə görə mükafatlandırma mərasimində fitə basılıblar. Almaniyanın Münster şəhərində NATO-nun Beynəlxalq Vestfaliya Sülh Mükafatının təqdimetmə mərasimi etirazlar fonunda keçirilib.
Mükafatı alyans adından onun baş katibi Mark Rutte alıb, Almaniya kansleri Fridrix Merts isə laureatın şərəfinə təntənəli nitq söyləyib. Bələdiyyə binasının qarşısına mükafatlandırmaya qarşı çıxanlar toplaşıblar. Mərasim iştirakçıları fit və qışqırıqlarla qarşılanıblar.
Etirazçılar “Əlləriniz qana bulanıb” şüarları, eləcə də NATO əleyhinə şüarlar səsləndiriblər. Meydandan, həmçinin “Qatillər” və “Yaşasın Fələstin” qışqırıqları eşidilib. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada daha sürətlə peyda olur!