Leninqrad vilayəti və Sankt-Peterburqa qarşı kütləvi PUA hücumu Sankt-Peterburq neft terminalında yanğına, yaşayış binalarının zədələnməsinə və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Minval · 2026-11-01
Leninqrad vilayəti və Sankt-Peterburqa qarşı kütləvi PUA hücumu Sankt-Peterburq neft terminalında yanğına, yaşayış binalarının zədələnməsinə və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub. Bu barədə Rusiya KİV-ləri məlumat yahuıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hava hücumundan müdafiə qüvvələrinin 126 dron vurduğunu bəyan edib.
Bundan başqa, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Sankt-Peterburq neft terminalının ərazisində, həmçinin şəhərin Nevski, Krasnoselski, Krasnoqvardeyski və Moskva rayonlarındakı digər infrastruktur obyektlərində yanğın baş verdiyini bildirib. Drozdenkonun sözlərinə görə, «Kirovsk şəhəri rayonunda xüsusi evə və Vsevolojskda çoxmənzilli binaya qəlpələrin düşməsi qeydə alınıb». «Elektrik verilişi xətlərinə qəlpələrin düşməsi ilə əlaqədar qısa elektrik enerjisi fasilələri qeydə alınır», – deyə vilayətin rəhbəri əlavə edib. …