Bakıda "20 Sentyabr" metro stansiyasının açılacağı vaxt açıqlanıb

Bakı Metropoliteninin "20 Sentyabr" stansiyasının tam istismara verilməsi 2027-ci ilin birinci yarısına nəzərdə tutulub. Obyektdə tikinti işləri başa çatdırılıb, hazırda təmir-tikinti işləri aparılır.

Minval · 2026-10-23

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarə Edilməsi Departamentinin rəhbəri Məmməd Rzayev bildirib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi zamanı logistika və xaricdən materialların çatdırılması ilə bağlı məsələlər yaranıb.

Lakin bütün problemlər artıq öz həllini tapıb, işlər qrafikə uyğun olaraq davam etdirilir. Rzayev qeyd edib ki, hazırda əsas diqqət xüsusi memarlıq həllinin tətbiq olunduğu stansiyanın bəزək işlərinin başa çatdırılmasına yönəlib. "Bizim məqsədimiz stansiyanı gələn ilin ortalarına qədər tam istismara verməkdir", - deyə o vurğulayıb. Hadisələrin inkişafını bizim Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə…