Parlamentarilər dövlət xidmətləri, məhkəmə ekspertizası və ödənişsiz hüquqi yardım sahəsində pozuntulara görə inzibati tənbehlərin tətbiqini nəzərdən keçirirlər. Müvafiq dəyişikliklər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulub və 30 oktyabr 2026-cı il tarixində Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.
Minval · 2026-10-29
Parlamentarilər dövlət xidmətləri, məhkəmə ekspertizası və ödənişsiz hüquqi yardım sahəsində pozuntulara görə inzibati tənbehlərin tətbiqini nəzərdən keçirirlər.
Müvafiq dəyişikliklər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulub və 30 oktyabr 2026-cı il tarixində Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.
Layihəyə əsasən, fiziki şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsindən əsassız imtina edilməsinə görə 100 manatdan 200 manatadək, vəzifəli şəxslərə 200 manatdan 300 manatadək, hüquqi şəxslərə isə 300 manatdan 400 manatadək cərimə tətbiq olunması nəzərdə tutulur. Hüquqi xidmətləri təmənnasız olaraq pro bono formatında göstərən şəxslər üçün istisna nəzərdə tutulub. Dövlət xidmətlərinin göstərilməsi zamanı yol verilən pozuntulara görə cərimələr Qanun layihəsi dövlət xidmətlərinin göstərilməsi…