Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, İrəvan hələ ki Rusiya qazının qiymətinin mümkün artımı ilə bağlı heç bir siqnal almayıb. "Hazırda bizim belə bir siqnalımız yoxdur, ona görə də bu məsələnin müzakirəsini vaxtından əvvəl hesab edirəm", - deyə Paşinyan bildirib.
Minval · 2026-10-01
Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, İrəvan hələ ki Rusiya qazının qiymətinin mümkün artımı ilə bağlı heç bir siqnal almayıb. "Hazırda bizim belə bir siqnalımız yoxdır, ona görə də bu məsələnin müzakirəsini vaxtından əvvəl hesab edirəm", - deyə Paşinyan bildirib.
Bununla yanaşı, baş nazir qeyd edib ki, hökumət vəziyyətin dəyişəcəyi təqdirdə müxtəlif ssenariləri nəzərdən keçirir. "Biz, təbii ki, ən müxtəlif ssenariləri müzakirə edirik – və bu, təkcə bununla deyil, ümumiyyətlə hər şeylə bağlıdır.
Hökumətin rolu da məhz bundan ibarətdir: hər şeyi hesablamaq, bütün "lehinə" və "əleyhinə" olanları ölçüb-biçmək", - deyə o vurğulayıb. Paşinyan əlavə edib ki, o, 2018-ci ildən bəri hər il belə məsələlərlə üzləşir, lakin hazırda qazın qiymətinin artımından danışmaq üçün heç bir əsas yoxdur. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin…