Tehranda qarşıdan gələn qış mövsümündə Azərbaycandan İrana elektrik enerjisi idxalının artırılması ilə bağlı danışıqlar aparılıb. Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov və İranın Elektrik Enerjisinin İstehsalı, Ötürülməsi və Paylanması Şirkətinin rəhbəri Məhəmməd Allahdad iki ölkə arasında enerji mübadiləsini müzakirə ediblər.
Minval · 2026-09-29
Tehranda qarşıdan gələn qış mövsümündə Azərbaycandan İrana elektrik enerjisi idxalının artırılması ilə bağlı danışıqlar aparılıb.
Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov və İranın Elektrik Enerjisinin İstehsalı, Ötürülməsi və Paylanması Şirkətinin rəhbəri Məhəmməd Allahdad iki ölkə arasında enerji mübadiləsini, elektrik enerjisinin birbaşa tədarükünün artırılmasını, həmçinin qaz və elektrik enerjisi üzrə svop əməliyyatlarını müzakirə ediblər.
Birgə hidroenergetika layihələrinə, o cümlədən "Xudafərin" və Ordubad su elektrik stansiyalarına xüsusi diqqət yetirilib. Soltanovun sözlərinə görə, obyektlərin tikintisi başa çatdıqdan sonra əlavə generasiya gücləri yaranacaq və onlarda istehsal olunan elektrik enerjisinin bir hissəsi perspektivdə İrana ixrac edilə bilər. Tərəflər, həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığı nəzərdən keçiriblər. Xüsusilə, İran…