"The Wall Street Journal" (WSJ) yazır ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin münasibətləri 2025-ci ildə Oval kabinetdə baş tutan mübahisədən bəri ən aşağı nöqtəyə çatıb. «Zelenskinin ünvanına səsləndirilən sərt tənqid iki liderin münasibətlərində Trampın 2025-ci ildə Ağ Evə qayıtmasından qısa müddət sonra Oval kabinetdə baş verən mübahisədən bəri ən aşağı nöqtəni göstərir», – deyə nəşr qeyd edir.
Minval · 2026-10-13
"The Wall Street Journal" (WSJ) yazır ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin münasibətləri 2025-ci ildə Oval kabinetdə baş tutan mübahisədən bəri ən aşağı nöqtəyə çatıb.
«Zelenskinin ünvanına səsləndirilən sərt tənqid iki liderin münasibətlərində Trampın 2025-ci ildə Ağ Evə qayıtmasından qısa müddət sonra Oval kabinetdə baş verən mübahisədən bəri ən aşağı nöqtəni göstərir», – deyə nəşr qeyd edir.
Məqalə müəlliflərinin fikrincə, Vaşinqtonun hərəkətləri Kiyevə hərbi və maliyyə yardımlarını təhlükə altına ala bilər. Bundan əlavə, bu vəziyyət Qərbin Kremlə təzyiq göstərmək məqsədi daşıyan siyasətinin zəiflədiyini göstərir. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun – xəbərlər orada hamıdan tez peyda olur!