Amerika prezidenti Donald Trump bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə iş görmək istəmir, çünki onun Rusiya ilə danışıqlar aparmaq istəmədiyini düşünür, genişmiqyaslı işğalın əvvəlində Kiyevə hücumun dəf edilməsini isə şans adlandırıb. Trump bu barədə Newsmax telekanalına müsahibəsində bildirib.
Minval · 2026-10-16

Trumpın sözlərinə görə, Zelenski guya "bizim iş görməli olduğumuz adam deyil". O bildirib ki, Rusiya ilə sülh sazişi əgər bağlanacaqsa, bu, artıq hazırkı Ukrayna liderinin iştirakı olmadan baş tutacaq. "O, razılaşmaq istəmir. O deyir ki, razılaşmaq istəyir, lakin bu, belə deyil.
Xeyr, mən Zelenskinin böyük pərəstişkarı deyiləm", – deyə ABŞ prezidenti bildirib. Trump həmçinin bəyan edib ki, müharibənin əsas səbəbi Barak Obamanın prezidentliyi dövrü olub və həmin vaxt Ukrayna guya "Kırımın verilməsinə məcbur edilib". Ağ Evin rəhbəri müvəqqəti işğal olunmuş yarımadanı hər tərəfdən…