Pentaqon rəhbəri Pit Heqsetin Fort-Hud ABŞ hərbi bazasında kütləvi qətldə təqsirli bilinən Nidal Həsənin edamının ictimaiyyətə nümayiş etdirilməsi planları haqqında bəyanatı ABŞ-nin hərbi rəhbərliyinin bir çox nümayəndəsini təəccübləndirib. CNN mənbələrə istinadən xəbər verir ki, Pentaqonun və Quru Qoşunlarının bir çox əməkdaşı…
Minval · 2026-10-10
Pentaqon rəhbəri Pit Heqsetin Fort-Hud ABŞ hərbi bazasında kütləvi qətldə təqsirli bilinən Nidal Həsənin edamının ictimaiyyətə nümayiş etdirilməsi planları haqqında bəyanatı ABŞ-nin hərbi rəhbərliyinin bir çox nümayəndəsini təəccübləndirib.
CNN mənbələrə istinadən xəbər verir ki, Pentaqonun və Quru Qoşunlarının bir çox əməkdaşı... Məlumatlara görə, Pentaqonun və Quru Qoşunlarının bir çox əməkdaşı bu ideya haqqında ilk dəfə Heqsetin "Real America’s Voice" telekanalına müsahibəsi zamanı eşidiblər.
Hərbçilər dərhal nazirin "ictimai" edam dedikdə məhz nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyə başlayıblar: ordunun qaydaları ölüm hökmünün icrasında kimin iştirak edə biləcəyini artıq müəyyənləşdirir. Onların arasında məhbusun qohumları, zərərçəkənlər, KİV nümayəndələri və keşikçi var. Telekanalın həmsöhbətlərinin verdiyi məlumata görə, Heqset, ordunun naziri səlahiyyətlərini icra edən Adam Telle…