"SpaceX" şirkətinin rəhbəri İlon Mask Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələr endirdiyinə görə cəzalandırmaq üçün Ukraynada "Starshield" hərbi peyk sisteminin işini məhdudlaşdırmaq barədə göstəriş verib. Bu barədə "The Economist" mənbələrə istinadən məlumat yayıb.
Minval · 2026-10-23

Nəşrin məlumatına görə, qərar ABŞ Prezidenti Donald Trampın ətrafındakı məhdud dairədən, o cümlədən Mask və xüsusi elçi Stiv Vitkoffdan gəlib. Bundan əvvəl Ukrayna dronları üçün 160 km/saatdan artıq sürətdə "Starlink"in istifadəsi məhdudlaşdırılmışdı, lakin 60–70 km/saat sürətdə də fasilələr yaranırdı.
Oktyabrın 22-də Tramp bəyan etmişdi ki, Mask Ukraynanın "Starlink"ə çıxışını bərpa edib. Mask özü "Starshield" məhdudiyyətlərinə görə məsuliyyəti rədd edərək, sistemin ABŞ hökuməti tərəfindən idarə olunduğunu iddia etmişdi. Hadisələrin inkişafını Teleqram kanalımızda izləyin "Minval-LIVE" Teleqram kanalının…