Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Rusiya neft emalı zavodlarına zərbələr endirilməsinə qoyulan daxili qadağanı ləğv etdiyini bildirib. O, bu barədə oktyabrın 15-də dərc olunmuş “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Minval · 2026-10-16

Zelenskinin sözlərinə görə, Vaşinqtonun istəkləri ilə razılaşmaq üçün Ukrayna energetika obyektlərinə zərbələri üç gün müddətinə dayandırıb. Bununla belə, Ukrayna liderinin iddia etdiyinə görə, Rusiya Ukraynanın energetika infrastrukturuna hücumları davam etdirib.
Zelenski bildirib ki, son bir həftə ərzində Rusiya zərbələri nəticəsində 100-dən çox dinc sakin həlak olub. ABŞ kəşfiyyat məlumatlarını və “Starlink”i məhdudlaşdırdı Zelenski, həmçinin iddia edir ki, hücumlar dayandırıldıqdan sonra Ukrayna ABŞ-dan Ukrayna hədəflərinə doğru yaxınlaşan ballistik raketlər barədə xəbərdarlıq almayıb. Bundan əlavə, onun sözlərinə görə, “Starlink” peyk sisteminin…